"1C:Предприятие" proqramı müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir. "1C:Предприятие" proqramı rusiyanin 1C şirkəti tərəfindən hazırlanıbdır.

"1C:Предприятие" proqramı mühasibat, kadrlar, operativ ticarət, anbar və istehsalat uçotunun effektiv təşkilini təmin edir.

"1C:Предприятие" proqramı sisteminə bir neçə əsas komponent daxildir:

  • Mühasibat uçotu;
  • Operativ uçot;
  • Hesabat

İstifadəçilər "1C:Предприятие" proqramına daxil olan konfiqurasiyaları həm ayrı-ayrılıqda, həm də birlikdə istifadə edə bilərlər. Lazım olan konfiqurasiyanın seçimi ilk növbədə müəssisənin qarşısında duran məsələlərdən, onun fəaliyyət növündən, strukturundan və digər şərtlərdən asılıdır.