Vergi uçotu

Vergi uçotunun təşkili

Təcrübədə mühasibat və vergi uçotunun həm oxşar, həm də fərqli cəhətləri müşahidə olunur. Vergi uçotunun mühasibat uçotundan əsas fərqi ondan ibarətdir ki, vergi uçotunun aparılması sistemi vergi ödəyicisinin özü tərəfindən müəyyən edilir. Mühasibat və vergi uçotunun oxşar cəhətlərinə isə adətən aşağıdakılar aid edilir:

Bizim xidmətlər

  • uçotun aparılmasının məcburiliyinin qanunvericilikdə təsbit olunması;
  • göstəricilərin pul vahidi ilə ölçülməsi;
  • eyni uçot obyektinin olması;
  • hesabatların tərtibinin və təqdim olunmasının mütəmadiliyi;
  • təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin məcburiliyi;
  • hesabat məlumatlarının həm daxili, həm də digər istifadəçilər üçün nəzərdə tutulması.

Vergi uçotu üzrə təqdim etdiyimiz xidmətlər:

  • Vergi hesabatlarının təqdim edilməsi
  1. Mənfəət vergisi
  2. Gəlir vergisi
  3. Sadələşdirilmiş vergi
  4. Digər vergi hesabatları
  • Sosial hesabtlarının təqdim edilməsi
  1. Sosial işçi hesabatı
  2. Sosial sahibkar hesabatı
  3. İşsizlik hesabatı
  • Statistik hesabatların təqdim edilməsi
  1. Aylıq əmək hesabatı
  2. İllik əmək hesabatı
  3. İKT hesabatı
  4. 2Bank hesabatı
  5. Digər statistik hesabatlar
  • Bütün vergi məsələlərinin cavablandırılması